SABIS® Şagird Həyatı Təşkilatı

SABIS® Şəbəkəsinə üzv olan məktəblər təhsilin dünyanı dəyişmək iqtidarında olduğuna əsaslı şəkildə inanır. SABIS Şagird Həyatı Təşkilatı® (ŞHT®) şagirdləri dünyanı dəyişməyə hazırlama istiqamətində mühüm rol oynayır. ŞHT®, SABIS® Şəbəkəsindəki məktəblərdə təhsil alan şagirdlərə fərqlilik yaratma gücü verən onlara öz “həyati” bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

ŞHT® şagirdlərin kiçik cəmiyyətidir. ŞHT®-ni seçilmiş deyil, təyin edilmiş şagirdlər idarə edir. Bütün şagirdlər ŞHT®-yə qoşulmağa və həm akademik, həm də qeyri-akademik səviyyə üzrə təhsildə fəal iştirak etməyə həvəsləndirilir. İdarəedici və akademik heyət ilə sıx əməkdaşlıq edən və onların səylərini tamamlayan ŞHT® üzvləri öz məktəbləri üçün dəyərli resurs hesab edilirlər. Onlar ümumi standartların yüksəldilməsinə kömək edir, yüksək sosial və mənəvi dəyərləri təbliğ edir və bir sıra əlavə fəaliyyətlərdə iştirakı təşviq edirlər. Şagird Həyatı Təşkilatının Koordinatorları şagirdlərə “real həyatla“ bağlı tapşırıqlar verir, onlara bütün mövzularda öz tövsiyələrini və dəstəklərini onlardan əsirgəmirlər.

SABIS Şagird Həyatı Təşkilatı®, SABIS® Şəbəkəsinə üzv məktəblərin akademik cəhətdən güclü, mədəni mühakiməyə və iti zəkaya sahib, sosial cəhətdən məlumatlı, görkəmli şagirdlər yetişdirməsinin təmin edilməsinə öz töhfəsini verir.

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN