Qəbul Siyasəti

SABIS® SUN Beynəlxalq Məktəbi 2022-2023 tədris ili üçün məktəbəqədər təhsil səviyyəsindən 12-ci sinfə qədər olan sagirdlərin ərizələrini qəbul edir.

Qeydiyyat prosesi haqda daha ətrafli məlumat üçün, Qəbul qaydalari səhifəsinə baxa və ya admissions@sabissun.sabis.net email göndərə bilərsiniz.

Qeyri-Selektiv Qəbul Siyasəti

SABIS® Təhsil Sistemi yüksək seçiciliyə malik olmayan yüksək səviyyədə tədris yönümlü sistemdir. Sinfə qəbul üçün əsas meyar kimi yas yox, akademik nailiyyətlər götürülür. Yas məhdudlasdirici amil olsa da, eyni sinifdə bir-birlərindən üç yasa qədər kiçik və ya böyük olan usaqlara rast gəlmək mümkündür. Ümumiyyətlə, öyrənməyə hazir olan bütün sagirdlər məktəbə qəbul olunur.

Siniflərə Yerləsdirmə

Məktəbəqədər təhsil siniflərinə (3 yasdan 5 yasina qədər) qəbul ilə bagli akademik tələblər mövcud deyil. Bu səviyyədən olan potensial sagirdlər müsahibədən keçir; onlar tualetdən istifadə etməyi bacarmali, danisa və sadə təlimatlara əməl edə bilməlidir.

Bütün digər səviyyələrdən olan potensial sagirdlər ingilis dili və riyaziyyatin əsas mövzulari üzrə yoxlama testindən keçirilirlər. Bu testlər sagirdlərin hər bir fənn üzrə nəzərdə tutulmus minimal standarta uygun olub-olmadiqlarini müəyyən etməyə kömək edir. Bundan sonra məktəb yerləsdirmə üzrə yekun qərarini verir. Sagirdləri tələb edilən səviyyəyə çatdirmaq üçün müxtəlif alternativlər mövcuddur. Bu alternativlərə yay məktəbində istirak və ya müəyyən fənn üzrə əlavə dərslər alma kimi seçimlər daxildir. Məktəb xüsusi akademik dəstəyə çox ciddi yanasir.

Onlayn Ödəniş

SABIS® SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAĞÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN