Kampus İmkanları

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN), 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır. Məktəb, Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir.

İnzibati korpus və xidmət binaları ilə yanaşı ilkin mərhələdə ultra-müasir şəhərcikdə məktəbəqədər təhsil və ibtidai məktəbə aid tədris binaları, kiçik idman zalı, üzgüçülük hovuzu və oyun meydançası mövcuddur. Xüsusi yol cığırı, oyun meydançası, oyun otağı və xüsusilə məktəbəqədər şagirdlərin istifadəsi üçün tərtib edilmiş İT otağı, şagirdlərimiz üçün müxtəlif təlim imkanları yaradır.

Kampus imkanları barədə daha ətraflı buradan tanış ola bilərsiniz.

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN