Şagirdlərə dəstək verilir və onlara ən yüksək standartlara nail olmaq zərurəti təlqin edilir. İntensiv izləmə heç kimin diqqətdən kənarda qalmamasını təmin edir. Bununla belə, şagirdlər öz məsuliyyətlərinə etinasız yanaşdıqda, valideynlərin müdaxiləsinə ehtiyac yaranır. Zərurət yarandıqda valideynlər məktəbə dəvət olunur. Bundan əlavə, uşaqlarının nəticələri ilə bağlı məlumat əldə etmək istəyən valideynlərin qəbula yazılmaq üçün məktəbə müraciət etmək imkanı da vardır.
Ümumilikdə, il ərzində üç dəfə olmaqla, valideynlərə hər semestrin sonunda şagirdin akademik nailiyyətləri ilə bağlı hesabat təqdim edilir. Bundan əlavə, valideynlər Akademik Keyfiyyət üzrə Nəzarətçilərlə görüşə və ya istənilən vaxt uşaqlarının göstəriciləri və məktəb həyatındakı iştirakı ilə bağlı qeydlərin surətini əldə edə bilər. Valideynlərə həmçinin ev tapşırıqlarının yerinə yetirilməsində uşaqlarını istiqamətləndirmə ilə bağlı tövsiyələr verilir. Tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdikdə isə, nöqsanları aradan qaldırmaq və öyrənmə üsulları ilə bağlı kömək əldə etmək üçün yeniyetmə şagirdlər bir neçə həftə müddətinə sinifdənxaric məşğələlərə dəvət edilə bilərlər.
SABIS® Web School, SABIS® SUN məktəbində təhsil alan şagirdlərin valideynlərinə uşaqlarının tərəqqisi haqqında ən son məlumatları əldə etməsinə imkan verən şifrəli internet saytıdır. Web School saytı vasitəsilə valideynlər uşaqlarının akademik nəticələri, davamiyyəti, nizam-intizamlılığı və Şagird Həyatı Təşkilatına verdiyi töhfələr ilə bağlı məlumatlar əldə edə bilərlər. Web School saytı valideynləri məktəbin ən son xəbərləri, tədbirləri və təqvimləri haqqda məlumatlarla da təmin edir