SABIS® Şagird Həyatı Təşkilatı
SABIS® Şəbəkəsinə üzv olan məktəblər təhsilin dünyanı dəyişmək iqtidarında olduğuna əsaslı şəkildə inanır. SABIS Şagird Həyatı Təşkilatı® (ŞHT®) şagirdləri dünyanı dəyişməyə hazırlama istiqamətində mühüm rol oynayır. ŞHT®, SABIS® Şəbəkəsindəki məktəblərdə təhsil alan şagirdlərə fərqlilik yaratma gücü verən onlara öz “həyati” bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
ŞHT® şagirdlərin kiçik cəmiyyətidir. ŞHT®-ni seçilmiş deyil, təyin edilmiş şagirdlər idarə edir. Bütün şagirdlər ŞHT®-yə qoşulmağa və həm akademik, həm də qeyri-akademik səviyyə üzrə təhsildə fəal iştirak etməyə həvəsləndirilir. İdarəedici və akademik heyət ilə sıx əməkdaşlıq edən və onların səylərini tamamlayan ŞHT® üzvləri öz məktəbləri üçün dəyərli resurs hesab edilirlər. Onlar ümumi standartların yüksəldilməsinə kömək edir, yüksək sosial və mənəvi dəyərləri təbliğ edir və bir sıra əlavə fəaliyyətlərdə iştirakı təşviq edirlər. Şagird Həyatı Təşkilatının Koordinatorları şagirdlərə “real həyatla“ bağlı tapşırıqlar verir, onlara bütün mövzularda öz tövsiyələrini və dəstəklərini onlardan əsirgəmirlər.
SABIS Şagird Həyatı Təşkilatı®, SABIS® Şəbəkəsinə üzv məktəblərin akademik cəhətdən güclü, mədəni mühakiməyə və iti zəkaya sahib, sosial cəhətdən məlumatlı, görkəmli şagirdlər yetişdirməsinin təmin edilməsinə öz töhfəsini verir.