Məktəbə qəbul zamanı "anadangəlmə" istedad deyil, şagirdin tam potensiala nail olmaq üçün səy göstərmə hazırlığı əsas meyar kimi götürülür. Şagirdlərin siniflərə yerləşdirilməsi akademik nailiyyət əsasında müəyyən edilir və yaş məhdudlaşdırıcı amil qismində çıxış edir. Düzgün sinfə yerləşdirməni təmin etmək üçün məktəbin ikinci və daha yuxarı siniflərinə qəbul olmaq istəyən şagirdlər yoxlama sınaqlarından keçməlidir.
Məktəb akademik cəhətdən geri qalan şagirdlərdən nadir hallarda imtina edir. Əvəzində akademik ehtiyaclarından asılı olaraq əlavə ödəniş müqabilində onlara bir sıra çıxış yollarından biri təklif olunur. Bunlar aşağıdakılardır:
Yay Məktəbi: İyun, iyul və avqust aylarında təşkil edilən 6 həftəlik yay kursları. Akademik cəhətdən tələb edilən standartın altında olan şagirdlər bu kurslarda iştirak edə və bir çox hallarda bilik boşluqlarını aradan qaldıra bilər.
Xüsusi Dərslər: Hər hansı fənn üzrə zəif göstəricilərə malik olan şagirdlər sinfin ümumi səviyyəsinə çatana qədər həmin fənn üzrə əlavə dərslərdə iştirak edir.
Tam Xüsusi Dərslər: Şagirdləri müəyyən sinfə qəbul olunmağa hazırlamaq məqsədilə onlara sürətləndirilmiş proqramlar təqdim olunur. Bir çox hallarda Tam Xüsusi dərslər alan şagirdlər bir tədris ili ərzində iki və ya daha çox il üçün nəzərdə tutulmuş irəliləyiş əldə edir.